Türkiyənin 2024-cü il üçün müdafiə və təhlükəsizlik büdcəsi açıqlanıb
Müdafiə Sənayesinə Dəstək Fonduna ayrılan resurs da daxil olmaqla, 2024-cü ildə Türkiyənin müdafiə və təhlükəsizlik sektoru üçün 1.1 trilyon TL (40.4 milyard ABŞ dolları) büdcə ayrılıb.
“Poliqon” xəbər verir ki, bunu 2024-cü il büdcə qanununun müzakirəsi ilə bağlı keçirilən iclas zamanı Türkiyə prezidentinin köməkçisi Cevdet Yılmaz deyib.
O, müdafiə sənayesi ekosistemini gücləndirmək və sektorun xarici asılılığını minimuma endirmək məqsədi ilə hərəkət etdiklərini bildirib.
Qeyd edək ki, Türkiyədə müdafiə və təhlükəsizlik üçün ayrılan büdcə 2022-ci ildə 181 milyard Türk lirəsi (həmin dövrün məzənnəsi ilə 9.7 milyard ABŞ dolları), cari ildə isə 468.7 milyard Türk lirəsi (ötən ilin oktyabr ayına olan məzənnə ilə 25.2 milyard ABŞ dolları) təşkil edib.