Almaniya Ukraynaya TRML-4D radarları verib
Almaniya hərbi yardım çərçivəsində Ukraynaya 2 ədəd TRML-4D radarı tədarük edib.
“Poliqon” Almaniya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu, Ukrayna üçün ayırlan yeni hərbi yardım paketində öz əksini tapıb.
Həmçinin, paketə daxildir:
- 12 ədəd zirehli transportyor;
- 7 ədəd “Primoco ONE” kəşfiyyat pilotsuz uçuş aparatı (PUA);
- 5 ədəd yerüstü robot;
- 32 ədəd “SatCom” terminalı;
- 4 ədəd 8×8 təkər formullu HX81 yük maşını və 4 ədəd qoşqu;
- 12 ədəd MAN TGS yük maşını və s.