ANAMA azad olunan ərazilərdə 649 ədəd PHS aşkarlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2023-cü il oktyabrın 30-dan noyabrın 5-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1536.9 ha ərazi yoxlanılıb, 32 ədəd piyada əleyhinə mina, 24 ədəd tank əleyhinə mina və 649 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.