Türkiyə şirkətlərinin ötən ilki ixrac rəqəmləri açıqlanıb
Türkiyə müdafiə sənayesi şirkətlərinin 2023-cü ildə ixrac etdikləri məhsulların dəyəri açıqlanıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.
O bildirib ki, Türkiyənin müdafiə sənayesi son 10 ildə dünyanın 185 ölkəsinə 230 adda məhsul ixrac edib. Müdafiə sənayesinin 1 kiloqrama görə ixracat həcmi 2022-ci illə müqayisədə 2023-cü ildə 14% artaraq 65 dolları keçib.
2023-cü ildə Türkiyə şirkətlərinin ixracat rəqəmləri (ABŞ dolları ilə göstərilib):
- “Baykar” – 1.7 milyard dollar;
- TUSAŞ HAVACILIK – 864 milyon dollar;
- “Makine ve Kimya Endüstrisi” – 439 milyon dollar;
- TUSAŞ MOTOR – 337 milyon dollar;
- BMC – 255 milyon dollar;
- “Roketsan” – 161 milyon dollar;
- RAM Dış Ticaret – 160 milyon dollar;
- PRATT & WHITNEY THY TEK. – 111 milyon dollar;
- ASELSAN – 108 milyon dollar;
- “Samsun Yurt Savunma” – 104 milyon dollar.
Qeyd edək ki, 2023-cü ildə Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru ümumilikdə 5.5 milyard ABŞ dolları həcmində ixrac həyata keçirib.