Gürcüstan Almaniyadan yeni avadanlıq və texnikalar alıb

Gürcüstan Almaniyadan yeni avadanlıq və texnikalar alıb

Gürcüstanın Müdafiə Qüvvələri yeni xüsusi təyinatlı maşın və texnikalar ilə təmin edilib.

“Poliqon” Gürcüstan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Gürcüstan Almaniya hökumətinin qrantı hesabına xüsusi təyinatlı avadanlıqlar və MAN tipli nəqliyyat vasitələri alıb.

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və Almaniyanın bu ölkədəki səfiri Ernst Peter Fişer Müdafiə Qüvvələrinin Vazianidəki 4-cü piyada briqadasının poliqonunda nümayiş etdirilən yeni texnikalara baxış keçiriblər. Satın alınan texnikaların təhvil verilməsi mərasimində Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili, Müdafiə Qüvvələrinin nümayəndələri və Almaniyanın müdafiə attaşesi Andreas Zebaldi də iştirak edib.

Almaniya hökuməti “Enable and Enhance Initiative” proqramı çərçivəsində 2019-cu ildən bəri Gürcüstan Müdafiə Nazirliyinə maliyyə yardımı göstərir ki, bu da ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verir.

CATEGORIES
TAGS