İran “9th of Dey” ZRK-dən ilk dəfə istifadə edib
İranın yerli istehsalı olan “9th of Dey” zenit-raket kompleksi (ZRK) ilk dəfə ölkədə keçirilən “Defenders of Velayat Skies 1402” hərbi təlimində istifadə edilib.
“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, qısa mənzilli ZRK olan “9th of Dey” təlim zamanı bir sıra hava hadaflərini aşkarlayıb, izləyib və zərərsizləşdirib.
Qeyd edək ki, İranın yerli mütəxəssisləri tərəfindən layihələndirilən və istehsal olunan “9th of Dey” ZRK yaxın məsafədəki qanadlı raketləri, pilotsuz uçuş aparatlarını, aviasiya bombalarını və bu kimi hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, İran 2021-ci ilin may ayında “9th of Dey” zenit-raket kompleksinin təqdimatını keçirib.
TAGS 9th of Dey