MKE 105 mm-lik “Boran” haubitsasını Ər-Riyadda sərgiləyir

MKE 105 mm-lik “Boran” haubitsasını Ər-Riyadda sərgiləyir

Səudiyyə Ərəbistanında keçirilən “World Defence Show-2024” (WDS-2024) sərgisində Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti 105 mm-lik “Boran” haubitsasını nümayiş etdirir.

“Poliqon” MKE-yə istinadən xəbər verir ki, “Boran” haubitsası həm rəsmi nümayəndə heyətləri, həm də ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Yedəkdə daşınan 105 mm-lik “Boran” haubitsası Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün ölkənin Milli Müdafiə Nazirliyinə bağlı MKE şirkətinin mühəndisləri tərəfindən dizyan edilib və hazırlanıb. Bununla çətin ərazi şəraitində aparılan əməliyyatlarda Silahlı Qüvvələrin döyüş imkanlarının artırılması hədəflənib.

Kütləsi 1780 kiloqram olan “Boran” artilleriya qurğusu istifadəçiyə həm havadan, həm də qurudan daşınma imkanı verir ki, bu da onun qısa müddət ərzində lazımi nöqtəyə çatdırılmasına şərait yaradır. Haubitsa gecə-gündüz 360 dərəcə atəş açmaq, 1 dəqiqə ərzində hazır vəziyyətə gətirilmək, -32 dərəcə ilə +44 dərəcə hava temperaturunda fəaliyyət göstərmək bacarığına sahibdir.

Atəşi idarəetmə sistemi ilə təchiz edilən “Boran”ın atış uzaqlığı 17 kilomter təşkil edir. 105 mm-lik top dəqiqədə 6 atəş aça bilir.

CATEGORIES
TAGS