Modernləşdirilən F-16 Blok-30-lar Türkiyə HHQ-yə təhvil verilib
ÖZGÜR layihəsi çərçivəsində modernləşdirilən 3 ədəd F-16 Blok-30 döyüş təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığına təhvil verilib.
“Poliqon” xəbə verir ki, bu, Türkiyə Müdafiə Sənayesi Başqanlığının 2023-cü il üzrə yayımladığı fəaliyyət hesabatında öz əksini tapıb.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində Türkiyə HHQ-nin aviasiya parkında yer alan 35 ədəd F-16 Blok-30 döyüş təyyarəsinin təkmilləşdirilməsi nəzərdə tutulub.
TUSAŞ şirkəti tərəfindən təkmilləşdirlən hər təyyarənin 1200-1500 ədəd konstruksiya hissəsi yenilənir və ya təmir edilir. Təkmilləşdirmə nəticəsində F-16 qırıcılarının istismar müddətinin 8000 saatdan 12000 saata qədər artırılması hədəflənib.