Azərbaycanın ötən il müdafiə qabiliyyətinin gücləndirilməsi üçün xərclədiyi vəsaitin həcmi açıqlanıb

Azərbaycanın ötən il müdafiə qabiliyyətinin gücləndirilməsi üçün xərclədiyi vəsaitin həcmi açıqlanıb

Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə təqribən 5,9 mlrd. manat vəsait ayrılıb.

“Poliqon” APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazirin sözlərinə görə, bu, 2022-ci illə müqayisədə 19,6% çoxdur.

CATEGORIES