ANAMA: 2020-ci il 10 noyabr bəyanatdan indəyə kimi 350 nəfər mina qurbanı olub

ANAMA: 2020-ci il 10 noyabr bəyanatdan indəyə kimi 350 nəfər mina qurbanı olub

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 2020-ci il 10 noyabr bəyanatdan indəyə kimi 350 nəfər mina qurbanı olub.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, minaya düşən 350 nəfərdən 65-i həyatını itirib və 285-i yaralanıb. Ölənlərin 50 nəfəri mülki vətəndaş və 15 nəfəri hərbçi, yaralananların isə 121-i mülki vətəndaş və 164-ü hərbçidir.

CATEGORIES