“Otokar” zirehli maşınlarını Cənubi Amerikada sərgiləyib
Türkiyənin “Otokar” şirkəti 2-4 aprel tarixlərində Braziliyanın San-Paulu şəhərində keçirilən LAAD 2024 müdafiə sənayesi sərgisində qabaqcıl quru platformalarını nümayiş etidirib.
“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, Cənubi Amerikanın aparıcı müdafiə və təhlükəsizlik sərgilərindən biri olan LAAD 2024-də şirkətin təqdim etdiyi məhsulların sırasında “Tulpar” piyada döyüş maşınının (PDM) və “Cobra II” zirehli nəqliyyat vasitəsinin fərqli konfiqurasiyaları yer alıb.
Qlobal müdafiə sənayesindəki mövqeyini hər il daha yüksək səviyyələrə qaldıran “Otokar” şirkətinin NATO və BMT təchizatçısı kimi 33 minə yaxın zirehli texnikası 40-dan artıq ölkənin silahlı qüvvələri və təhlükəsizlik qurumlarında istifadə olunur.
Hazırda “Otokar”ın hərbi maşınları 60-dan çox son istifadəçi tərəfindən müxtəlif iqlim şərtlərində və müxtəlif coğrafi ərazilərdə aktiv şəkildə xidmətdədir. Öz sinfində dünyanın qabaqcıl maşınları arasında yer alan “Otokar” zirehli maşınları hərəkət imkanları, qoruma səviyyəsi və sağ qalma qabiliyyəti ilə diqqət çəkir.