Almaniya ABŞ-dən 23 milyardlıq silah alır
Almaniya Müdafiə Nazirliyi ABŞ-nin müdafiə sənayesi şirkətləri ilə 23 milyard dollar dəyərində 380 müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Satınalma davam edir: ABŞ korporasiyaları ilə təxminən 23 milyard dollar dəyərində 380-ə yaxın müqavilə ilə biz NATO-nun imkanlarını və Almaniya-ABŞ iqtisadi əlaqələrini gücləndiririk”, – deyə məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, Almaniyanın ABŞ-yə sifariş etdiyi ilk CH-47F ağır nəqliyyat helikopteri 2027-ci ildə təhvil alınacaq.
TAGS Manşet