ASELSAN TUSAŞ-dan avionika sifarişi alıb
ASELSAN şirkəti TUSAŞ şirkətindən “Özgün” helikopter layihəsi çərçivəsində avionika avadanlıqlarının tədarükünə dair 48.7 milyon ABŞ dolları dəyərində sifariş alıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Qeyd edək ki, “Özgün”, Türkiyə Silahlı Qüvvələrinin və digər güc strukturlarının helikopter ehtiyaclarını ödəmək məqsədilə ölkənin Müdafiə Sənayesi Başqanlığı tərəfindən başladılan layihədir. 2013-cü ildə Türkiyənin Müdafiə Sənayesi Başqanlığı və TUSAŞ şirkəti arasında sözügedən layihə çərçivəsində müqavilə imzalanıb.