ASELSAN ilk dəfə “Farnborough Airshow” sərgisində iştirak edəcək

ASELSAN ilk dəfə “Farnborough Airshow” sərgisində iştirak edəcək

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti olan ASELSAN 2024-cü ilin 22-26 iyul tarixlərində İngiltərənin London şəhərində keçiriləcək “Farnborough Airshow” beynəlxalq aviasiya sərgisində ilk dəfə iştirak edəcək.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sirkət sərgidə ən müasir həllərini nümayiş etdirəcək.

Sərgidə nümayiş olunacaq məhsullar arasında ASELSAN-ın elektro-optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sistemləri, radarları, idarə olunan döyüş sursatları, inteqrasiya olunmuş avionika sistemləri, rabitə cahizları, hərbi və mülki aviasiya vasitələri üçün elektron döyüş sistemləri yer alır.

Pilotsuz uçuş aparatları (PUA) üçün hazırlanan və döyüşdə sübut edilmiş yeni nəsil ASELSAN-ın ASELFLIR-500 elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi “Farnborough”da sərgilənəcək. İki oxlu AESA (Active Electronically Scanned Array) texnologiyasına malik olan, habelə F-16 və digər platformalar üçün uyğunlaşdırıla bilən MURAD 110-A AESA burun radarı ilə hava hücumundan müdafiə imkanlarını artıran ALP 300-G erkən xəbərdarlıq radar sistemi də nümayiş etdiriləcək məhsullar arasında olacaq. Bir neçə hədəfə eyni vaxtda zərbə endirməyə qadir olan TOLUN miniatür bombası və müxtəlif hava təhdidlərinə qarşı etbarlı müdafiəni təmin edən SKYDOME HHM sistemi də sərgidə nümayiş etdirilən məhsullar arasında yer alacaq.

Bunlardan başqa, ASELSAN-ın TOYGUN elektro-optik sensor və hədəfləmə sistemi, KARAT infraqırmızı axtarış, aşkarlama və izləmə sistemi, IFF Mode 5 həlləri, YILDIRIM -100 istiqamətləndirilmiş infraqırmızı əks tədbir (DIRCM) sistemi, LOS-A və LOS-C T-Link terminalları ilk dəfə xaricdə nümayiş etdiriləcək.

ASELSAN-ın baş direktoru Ahmet Akyol, rəhbərlik etdiyi şirkətin “Farnborough Airshow 2024”də ilk dəfə iştirak etməsi ilə bağlı fikirlərini bölüşüb.

“Biz aviasiya və müdafiə sənayesində aparıcı şirkətləri bir araya toplayan “Farnborough Airshow” beynəlxalq aviasiya sərgisində iştirak etməkdən məmnunuq. Ən son avionika sistemlərimiz, hava radarlarımız, dron əleyhinə sistemlərimiz, idarə olunan döyüş sursatlarımız, hava rabitə texnologiyalarımız, hava hücumundan müdafiə sistemlərimiz və elektro-optik həllərimiz ilə debüt edəcəyik. Bu aviasiya sərgisi bizim üçün yeni tərəfdaşlıqlar qurmaq və mövcud əməkdaşlığı inkişaf etdirmək, eləcə də avionika texnologiyaları üzrə imkanlarımızı nümayiş etdirmək üçün mühüm fürsət təqdim edir”, – deyə ASELSAN-ın paş direktoru qeyd edib.

CATEGORIES
TAGS