Türkiyə PUA-ları ASELSAN-ın EW sistemləri ilə uçacaq

Türkiyə PUA-ları ASELSAN-ın EW sistemləri ilə uçacaq

Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) və ASELSAN şirkəti arasında pilotsuz uçuş aparatlarında (PUA) istifadə edilmək üçün elektron müharibə (EW) sistemlərinin inkişaf, istehsal və inteqrasiyasına dair 1.4 milyard TL (49.5 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Sözügedən müqavilə çərçivəsində tədarüklər 2025-2029-cu illər ərzində həyata keçiriləcək.

CATEGORIES
TAGS