Türkiyənin “Gökbey” helikopteri İngiltərə səmasında uçub – VİDEO

Türkiyənin “Gökbey” helikopteri İngiltərə səmasında uçub – VİDEO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən “Gökbey” çoxməqsədli helikopteri İngiltərədə keçirilən “Farnborough Airshow 2024” (FIA-2024) beynəlxalq aviasiya sərgisində nümayiş uçuşunu yerinə yetirib.

“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, bununla da “Gökbey” ölkə xaricində ilk dəfə uçuş həyata keçirib.

TUSAŞ şirkətinin hazırladığı T625 “Gökbey” yüngül çoxməqsədli helikopteri Türkiyə Jandarma Baş Komandanlığının aviasiya parkında yer alan köhnəlmiş UH-1 helikopterlərini əvəz etmək üçün nəzərdə tutulub.

12 nəfər sərnişin tutumuna malik çoxməqsədli helikopterin ümumi uçuş çəkisi 6 ton, maksimum sürəti 306 km/saat, xidmət tavanı 20.000 fut və uçuş müddəti isə 3.8+ saatdır. Xarici yanacaq çəni ilə 5 saatdan çox havada qala bilən “Gökbey” maksimum 948 kilometr məsafəyə uça bilir.

CATEGORIES
TAGS