“Atmaca” raketinin KTJ-3200 mühərriki ilə ilk atış sınağı həyata keçirilib – VİDEO
Türkiyənin “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən “Atmaca” gəmi əleyhinə raketinin “Kale Arge” şirkətinin yerli və milli olaraq hazırladığı KTJ-3200 mühərriki ilə ilk atış sınağı həyata keçirilib.
“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, “Barbaros” sahil mühafizə sistemindən atılan “Atmaca” raketi suüstü hədəfi uğurla məhv edib.
“Roketsan”ın milli olaraq hazırladığı “Atmaca”, gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth-səth” tipli bu raket, aşağı radar izinə, yüksək dəqiqliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək imkanına sahibdir.
Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini ASELSAN şirkəti hazırlayıb. Raketin uzunluğu 4800-5200 mm, atış uzaqlığı 200+ km, çəkisi 800 kq, döyüş başlığının çəkisi 220 kiloqramdır.