İsrail Müdafiə Nazirliyi lazer və GPS idarəetməli minaatan sursatları alır

İsrail Müdafiə Nazirliyi lazer və GPS idarəetməli minaatan sursatları alır

İsrail Müdafiə Nazirliyi yerli “Elbit Systems” şirkətindən “Iron Sting” lazer və GPS idarəetməli minaatan sursatları alır.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, sözügedən mərmilərin tədarükü üçün şirkət və İsrail Müdafiə Nazirliyi arasında 190 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Elbit Systems” istehsal və çatdırılma ilə bağlı bütün işləri qarşıdakı ilk iki il müddətində həyata keçirəcək.

120 mm-lik minaatanlardan atılan “Iron Sting” atəş yığımı həm GPS, həm də lazer yönləndirmə texnologiyasından istifadə edərək hədəfləri dəqiq şəkildə vurmaq üçün nəzərdə tutulub. “Iron Sting” idarə olunan minaatan sursatının uçuş məsafəsi, tətbiq olunduğu minaatandan asılı olaraq, 1-10 km təşkil edir.

Sursatın üç idarəetmə rejimi var: GPS/IMU, SAL + GPS/IMU və SAL + IMU. Döyüş başlığı, ikiqat gücləndirilmiş betona partlama və parçalanma təsiri ilə nüfuz edə bilir. Çoxrejimli partladıcı PD, PDD və PRX  rejimlərində işləyir. Bu atəş yığımında da tuşlanma tapşırıqlarının yüklənməsi zamanı meteoroloji məlumatlar tələb olunmur.

 

CATEGORIES
TAGS