Pakistan yeni HAIDER tankının təqdimatını keçirib

Pakistan yeni HAIDER tankının təqdimatını keçirib

Pakistanın “Heavy Industries Taxila” (HIT) dövlət şirkəti tərəfindən inkişaf etdirilən yeni HAIDER tankı təqdim olunub.

Bu barədə “Poliqon” Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr Bölməsinə (ISPR) istinadən xəbər verib.

Təqdimat mərasimində Pakistan Ordusunun Baş Qərargah rəisi Syed Asim Munir, Çinin bu ölkədəfki səfiri Jiang Zaidong, HIT-in nümayəndələri, NORINCO şirkətinin rəsmiləri, Pakistan hökumətinin və ordusunun yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Qeyd edək ki, HAIDER, Pakistanın Çindən aldığı VT-4 tankının dizaynı əsasında hazırlanıb. Bu baxımdan yeni tankın inkişaf etdirilməsində Pakistanın HIT şirkətinə Çinin NORINCO şirkəti də dəstək göstərib.

Xatırladaq ki, Pakistan HAIDER tankını ölkə daxilində ilk dəfə IDEAS-2022, ölkə xairicində isə IDEX-2023 sərgilərində nümayiş etdirib.

CATEGORIES
TAGS