ABŞ ZRK və YARS-lar üçün Ukraynaya əlavə raketlər verəcək
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 1.7 milyard dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hərbi yardımın 200 milyon dollar dəyərindəki hissəsi ABŞ-ın Prezident Administrasiyası, 1.5 milyard dollar həcmindəki hissəsi isə Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) tərəfindən təmin ediləcək.
Hərbi yardım paketinə daxildir:
- NASAMS zenit-raket kompleksləri üçün raketlər;
- Qısa və orta mənzilli zenit raketlər;
- Hava hücumundan müdafiə üçün RIM-7 raketləri;
- Elektron Müharibə avadanlığı;
- HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
- 155 və 105 mm-lik artilleriya mərmiləri;
- 120 mm-lik minaatan mərmiləri;
- TOW tank əleyhinə raketlər;
- “Javelin” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK);
- AT4 tank əleyhinə qumbaraatanlar və s.
TAGS Manşet