Müasir silah və texnikanın cəlb edilməsi ilə keçirilən təlimlərin intensivliyi artırılıb

Müasir silah və texnikanın cəlb edilməsi ilə keçirilən təlimlərin intensivliyi artırılıb

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev 2024-cü ilin birinci yarımilinin yekunlarına dair keçirilən geniş tərkibli kollegiya iclasında müdafiə naziri general-polkovnik Zakir Həsənova bölmələrin döyüş qabiliyyətinin artırılması və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə edib.

“Poliqon” xəbər verir ki, müasir silah və texnikanın cəlb edilməsi ilə keçirilən təlim və məşğələlərin intensivliyinin artırıldığı, bölmələrdə döyüş növbətçiliyi və digər xidməti-döyüş fəaliyyətlərin yüksək səviyyədə təşkil edildiyi bildirilib.

İclasda çıxış edən müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə HHQ bölmələrində şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin illik hazırlıq planına uyğun daha keyfiyyətli keçirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

İclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

CATEGORIES
TAGS