Müdafiə naziri: Dövlətin müstəqilliyi və ərazi bütövlüyü ordunun döyüş hazırlığı səviyyəsindən və onların texniki təchizatından asılıdır

Müdafiə naziri: Dövlətin müstəqilliyi və ərazi bütövlüyü ordunun döyüş hazırlığı səviyyəsindən və onların texniki təchizatından asılıdır

“1999-2000-ci illərdə gənc respublikamıza Əfqanıstan ərazisindən basqın etmiş beynəlxalq terrorçu dəstələrin ləğvi hadisələri açıq şəkildə göstərdi ki, dövlətin müstəqilliyi və ərazi bütövlüyü birbaşa şəxsi heyətin döyüş hazırlığı səviyyəsindən və onların texniki təchizatından asılıdır”.

Bu sözləri Qırğızıstanın müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov “Poliqon” jurnalına müsahibəsində deyib.

Müdafiə naziri bildirib ki, Qırğızıstan Silahlı Qüvvələrinin hərbi qulluqçuları bütün çətinliklərə baxmayaraq, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirərək, Vətənləri naminə hər şeyə hazır olduqlarını və Qırğızıstanın sərhədlərinin toxunulmaz olduğunu bütün dünyaya nümayiş etdirdilər.

“Bu hadisələr ölkə rəhbərliyinin ordu problemlərinə münasibətini dəyişməyə imkan verdi.

Nəhayət, hamı başa düşdü ki, ordunun təkmilləşdirilməsi və ordu üçün yüksək xərclər hərbçilərin şıltaqlığı deyil, həyati zərurətdir”, – deyə general-leytenant Baktıbek Bekbolotov vurğulayıb.

B.Bekbolotov bildirib ki, Qırğızıstan Silahlı Qüvvələrinin daim təkmilləşdirilməsi dünyada və Mərkəzi Asiya regionunda hərbi-siyasi vəziyyətin pisləşməsi, Qırğızıstanın hərbi təhlükəsizliyinə təhdid dairəsinin genişlənməsi, habelə müasir təhdidlərə, çağırışlara adekvat cavab vermək və ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqların səmərəli icrası üçün Silahlı Qüvvələrin tərkibinin, strukturunun, tapşırıqlarının və hərtərəfli təminatı məsələlərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi zərurətidir.

CATEGORIES