
“Airbus” şirkəti ikinci A400M “Atlas” hərbi nəqliyyat təyyarəsini Qazaxıstan Müdafiə Nazirliyinə təhvil verib.
Bu barədə “Poliqon” “Airbus”a istinadən xəbər verib.
Bildirilib ki, Qazaxıstanın 9 ədəd C295 təyyarəsindən ibarət eskadrilyası ilə birlikdə fəaliyyət göstərəcək A400M-lər ölkənin müdafiə qabiliyyətini, humanitar yardım imkanlarını və BMT-nin sülhməramlı missiyalarında iştirak potensialını gücləndirəcək.
Xatırladaq ki, ilk A400M təyyarəsi 2024-cü ilin dekabr ayında Qazaxıstan Hərbi Hava Qüvvələrinə çatdırılıb.








