HavaXəbərlər

Növbəti A400M hərbi nəqliyyat təyyarəsi Qazaxıstana çatdırılıb

“Airbus” şirkəti ikinci A400M “Atlas” hərbi nəqliyyat təyyarəsini Qazaxıstan Müdafiə Nazirliyinə təhvil verib.

Bu barədə “Poliqon” “Airbus”a istinadən xəbər verib.

Bildirilib ki, Qazaxıstanın 9 ədəd C295 təyyarəsindən ibarət eskadrilyası ilə birlikdə fəaliyyət göstərəcək A400M-lər ölkənin müdafiə qabiliyyətini, humanitar yardım imkanlarını və BMT-nin sülhməramlı missiyalarında iştirak potensialını gücləndirəcək.

Xatırladaq ki, ilk A400M təyyarəsi 2024-cü ilin dekabr ayında Qazaxıstan Hərbi Hava Qüvvələrinə çatdırılıb.

Back to top button