QuruXəbərlər

“Rheinmetall” Belçika Silahlı Qüvvələrinə “Skyranger 30” ZAK-lar tədarük edəcək

Almaniyanın “Rheinmetall” şirkəti Belçika Silahlı Qüvvələrinə “Skyranger 30” zenit-artilleriya kompleksi (ZAK) tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, şirkət 2025-ci ilin iyununda başlayan ilkin müzakirələrdən 17 ay sonra Belçikaya 20 ədəd “Skyranger 30” zenit-artilleriya kompleksi tədarük etmək üçün müqavilə imzalayıb.

Komplekslər xüsusi dəyişdirilə bilən konteyner platformasına (hooklift) quraşdırılacaq. Onların Belçika ərazisinin və kritik infrastruktur obyektlərinin stasionar mühafizəsi üçün istifadəsi nəzərdə tutulur.

Müqavilə komplekslərin tədarükünü, eləcə də müvafiq logistika xidmətlərini əhatə edir. Sistemlərin tədarükünə 2028-ci ilin sonlarında başlanılması planlaşdırılır.

Back to top button