Smiths Detection şirkətindən yeni aşkaretmə sistemi

Smiths Detection şirkəti özünün yeni HazMatİD Elite adlı sistemini təqdim edib. Bu barədə “AzeriDefence” Smiths Detection şirkətinin saytına istinadən məlumat verib.

Yeni sistem ən ekstremal şəraitdə belə ciddi hərbi standartlara uyğun olaraq partlayıcı maddələri, kimyəvi döyüş sürsatları, sənayə toksinləri və narkotikləri identifikasiya edir.

Elite Smiths Detection tərəfindən hazırlanan HazMatİD sisteminin yeni nəsil texnologiyası hesab olunur. Hansı ki infraqırmızı Furye spektroskopiyanı (FT-IR) istifadə etməklə, bərk və maye maddələri aşkarlayır. Analoqlarından 10 dəfə balaca və 4 dəfə rahat olan Elite şübhəli əşyaları deteksiya və analiz etmək üçün innovativ texnologiyalardan yararlanır.

CATEGORIES