Böyük Britaniya “Thales” şirkəti ilə müqavilə bağlayıb
Fransanın “Thales” şirkəti ilə Böyük Britaniya Müdafiə Nazirliyi arasında 98.4 milyon funt sterlinq dəyərində müqavilə imzalanıb.
Bu barədə “Poliqon” Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Müqaviləyə əsasən Britaniya Ordusu və Krallıq Dəniz Piyadalarının invanterində yer alan SHORAD qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin servis və təmir işləri “Thales” şirkətinin Belfastda yerləşən müəssisələrində həyata keçiriləcək.
SHORAD raket sistemləri üç variantda platformadan atış imkanı verəcək şəkildə dizayn edilib. Belə ki, çiyindən tək, tripod yüngül buraxıcı qurğudan üç və “Stormer” zirehli nəqliyyat vasitəsindən səkkiz raket atmaq mümkündür.
CATEGORIES Xəbərlər