“Boeing” ABŞ və Avstraliyaya patrul təyyarələri tədarük edəcək

“Boeing” ABŞ və Avstraliyaya patrul təyyarələri tədarük edəcək

ABŞ Donanması və “Boeing” şirkəti arasında dəyəri 1.6 milyard dollar olan 11 ədəd P-8A patrul təyyarlərinin alınması ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” “Boeing” şirkətinə istinadən xəbər verir ki, istehsal ediləcək 11 ədəd P-8A patrul təyyarəsinin doqquzu ABŞ Donanmasına, ikisi isə Avstraliya Hərbi Hava Qüvvələrinə təhvil veriləcək.

Belə ki, tədarük ediləcək patrul təyyarələri ilə birlikdə ABŞ Donanmasında yer alan P-8-lərin sayı 128-ə çatacaq.

Qeyd edək ki, bu patrul təyyarəsinin P-8I və P-8A “Poseidon” olmaqla iki versiyası vardır. Bunlardan P-8I Hindistan Donanması, P-8A “Poseidon” isə ABŞ Donanması, Avstraliya və Böyük Britaniya HHQ üçün istehsal olunub.

Poliqon.az

CATEGORIES
TAGS