“Airbus” şirkəti Misir HHQ ilə müqavilə imzalayıb

“Airbus” şirkəti Misir HHQ ilə müqavilə imzalayıb

“Airbus” şirkəti Misir Hərbi Hava Qüvvələri (HHQ) ilə çoxməqsədli C295 təyyarələrinə servis xidməti göstərməyi nəzərdə tutan müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Airbus” şirkəti məlumat yayıb.

Müqaviləyə əsasən şirkət Misir Hərbi Hava Qüvvələrinə məxsus C295 təyyarələrinə 5 il müddətində ehtiyat hissə, texniki xidmət və təmir dəstəyi verəcək.

Qeyd edək ki, hazırda Misir HHQ-nin aviasiya parkında 24 ədəd çoxməqsədli C295 təyyarəsi yer alır.

Poliqon.az

CATEGORIES
TAGS