MİLEX-2021 sərgisində “Sapfir” qumbaraatanı təqdim ediləcək
23-26 iyun 2021-ci il tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək 10-cu “MILEX-2021” sərgisində “Belspetsvneshtekhnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsinin (DXTUM) stendində RPQ “Sapfir” çoxfunksiyalı qumbaraatan kompleksi təqdim olunacaq.
Bu barədə “Poliqon” “Belspetsvneshtekhnika” DXTUM mətbuat xidmətinə istinadən məlumat verib.
Kompleks, atəş dəqiqliyini əhəmiyyətli dərəcədə artıra və sursatların qiymətini azalda bilən çoxməqsədli döyüş başlığı (DB) və rəqəmsal atəşi idarəetmə cihazı (AİC) ilə təchiz olunmuş, idarə olunmayan qumbaralı yüngül qumbaraatandır.
Müasir düşmən əsas döyüş tankları, zirehli, yüngül zirehli və zirehsiz hədəflərlə mübarizə aparmaq, bunkerlərdə, uzunmüddətli atəş nöqtələrində, yüngül səhra tipli sığınacaqlarda, şəhər və kənd tipli tikililərdə yerləşən, həmçinin fərdi müdafiə vasitələri (zirehli jiletdə) olan canlı qüvvəsini məhv etmək üçün təyin edilib.
Kompleksin ölçüləri və çəkisi əsgərin əlaqə yolları boyunca asanlıqla hərəkət etməsini və istənilən hərbi nəqliyyat vasitəsinə yüklənməsini təmin edir.
Qumbaraatanın fərqli bir xüsusiyyəti, kiçik çaplı və reaktiv qumbaranın hamar bir şəkildə hərəkətə başlaması (startı) sayəsində kiçik ölçülü qapalı məkanlardan atəş açmaq imkanıdır. Nəticədə 60 mm çapda yaradılmış kompleks nəinki effektivliyinə görə 90-105 mm-lik qumbaralardan geri qalır, hətta nişangah məsafəsində keyfiyyətcə üstələyir.
Əsas xüsusiyyətləri:
- Qumbaranın çapı – 60 mm
- Qumbaranın nəqletmə-buraxma konteyneri (NBK) ilə birlikdə kütləsi – 4 kq
- NBK uzunluğu – 750 mm
- Düzünə atış məsafəsi – 150 m
- Maksimal nişangah atış məsafəsi – 400 m
- Maksimal atəş məsafəsi – 1000 m
- Hal-hazırda kompleks 2021-ci ilin iyul ayında tamamlanması planlaşdırılan atəş sınaqlarından keçir.
Əhəd Əzizov