Multiçaplı “Kalaşnikov” karabini sınaqlardan keçirilib

Multiçaplı “Kalaşnikov” karabini sınaqlardan keçirilib

Yeni Kalaşnikov karabini üç müxtəlif çapa aid patronlarla atəş apara biləcək.

“Poliqon” xəbər verir ki, “Kalaşnikov” Konserninin mətbuat xidməti bir-birini əvəz edə bilən lülələri olan karabin modelinin reklam videoçarxını yayımlayıb.

Videonun təsvirində deyilir ki, AKV-521 karabini istifadəçiyə 5.45×39 mm, 7.62×39 mm və .223REM kimi üç fərqli patron üçün 415 və ya 341 mm uzunluqlu lülələrin olmasına imkan verir. Karabin artıq bütün zavoddaxili sınaqlardan keçib və hazırda onun seriyalı istehsalına hazırlıq işləri aparılır.

Qeyd etmək lazımdır ki, karabin mülki silah bazarı üçün nəzərdə tutulub.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS