“Aksunqur” MAM-L ilə döyüş atışları icra edəcək

“Aksunqur” MAM-L ilə döyüş atışları icra edəcək

Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan “Aksunqur” silahlı pilotsuz uçuş aparatı (SPUA) “Roketsan” şirkətinin istehsalı olan MAM-L ağıllı aviasiya sursatları ilə silahlandırılıb.

“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin istismarına yeni verilmiş “Aksunqur” PUA MAM-L sursatları ilə döyüş atışları keçirəcək.

Döyüş atışları 2022-ci il aprelin 21-də “Mavi Vətən-2022” təlimi çərçivəsində keçiriləcək Müşahidəçi Günündə icra ediləcək.

Qeyd edək ki, “Aksunqur” PUA 2021-ci ildə 12 ədəd MAM-L sursatı ilə 20 000 fut yüksəklikdə 28 saat uçuş həyata keçirib. İnkişaf fəaliyyətləri davam edən “Aksunqur”un gələcəkdə 24 ədəd MAM-L ilə uçuşlarının keçiriləcəyi təxmin edilir.

“Aksunqur” PUA 750 kq faydalı yük daşıma qabiliyyəti ilə gecə/gündüz istənilən hava şəraitində 60 saat havada qala bilir. PUA fasiləsiz kəşfiyyat, müşahidə, nəzarət və hücum tapşırıqlarını yerinə yetirmə qabiliyyətlərinə malikdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS