“Synapline Technologies” ADEX-2022-də süni intellektə əsaslanan həllərini nümayiş etdirəcək

“Synapline Technologies” ADEX-2022-də süni intellektə əsaslanan həllərini nümayiş etdirəcək

Sentyabrın 6-dan 8-dək Azərbaycanda Bakı Ekspo Mərkəzində keçiriləcək 4-cü ADEX Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə iştirak edən yerli “Synapline Technologies” şirkəti süni intellektə əsaslanan həllərini nümayiş etdirəcək.

“Poliqon” xəbər verir ki, “Synapline Technologies” şirkətinin Baş icraçı direktoru Bəkir Quliyev rəhbərlik etdiyi şirkət haqqında qısa məlumat verərək bildirb ki, “Synapline” Bakıda yerləşən texnoloji startap şirkətidir və VITTA Elmi Texniki Şirkəti (əsas investor kimi fəaliyyət göstərir) ilə birlikdə dövlət qurumlarında və Müdafiə sahəsində daha yaxşı qərarlar vermək, həmçinin mürəkkəb və dinamik mühitlərdə əminliklə hərəkət etmək məqsədilə Süni İntellektə (AI) əsaslanan avtomatik pilotsuz həllər vasitəsilə bölmə komandirlərinin və PUA idarəedicilərinin funksional imkanlarını artırmaq vəzifəsini yerinə yetirir.

Bəkir Quliyev vurğulayıb ki, taktiki və strateji tapşırıqların yerinə yetirilməsi zamanı GPS-ə girişin qadağan olunduğu ərazilərdə pilotsuz kəşfiyyat, müşahidə və çəkiliş əməliyyatlarını yönləndirərkən cari vaxt rejimində qərarları tez qəbul etməli olan bölmə komandirləri və PUA idarəediciləri üçün “Synap OS” əməliyyat sistemi yaradılıb. Bu, cari vaxt rejimində qərar qəbul edilməsinə dəstək verilməsi, avtomatik vizual naviqasiya və döyüş tapşırığının qabaqcıl idarəetməsi kimi funksional imkanları bir araya gətirən və süni intellektə əsaslanan bir proqram dəstidir. Bundan əlavə, şirkət “Synap OS” ilə təchiz edilmiş, tam birləşdirilmiş avtomatik orta mənzilli, şaquli istiqamətdə havaya qalxan və yerə enən pilotsuz uçuş sistemlərini (UAS) də təklif edir.

“Kəşfiyyat bazarındakı digər həllərdən fərqli olaraq, süni intellektə əsaslanan pilotsuz həllərimiz məlumatları təhlil etmə funksiyaları, avtomatik idarəetmə sistemi, sazlana bilmə, bloklara ayrıla bilmə, tutumu genişləndirə bilmə, sərfəli qiymət və təhlükəsizliyin unikal birləşməsini təklif edir. Bu cəhətlər istifadəçilərin GPS-ə girişin qadağan edildiyi ərazilərdə təhlükəsiz şəkildə fəaliyyət göstərməsinə imkan verir. Əlavə olaraq, onlar bizim üçüncü tərəf qismində çıxış edən geniş çeşidli tərəfdaşlarımızın  çoxtəyinatlı uçuş aparatları və sistemlərindən əldə edilən kəşfiyyat tapşırığı haqqında işçi məlumatları (məsələn, EO/İQ kamerasının faydalı məlumatlarını) avtomatik olaraq birləşdirməklə, vahid avtomatik əməliyyat mənzərəsini yarada bilir.

“ADEX 2022” sərgisində biz bölmə komandirləri, PUA idarəediciləri, PUA istehsalçıları, Sənaye sektoru, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Hərbi Hava Qüvvələri, Dövlət Təhlükəsizliyi Xidmətləri və digər dövlət qurumlarından olan mühəndislər və digər peşəkar mütəxəssislər ilə söhbət etməkdən məmnun olarıq. Əminik ki, məhsullarımız onların diqqətini cəlb edəcək və gündəlik fəaliyyətlərində faydalı olacaqdır”, – deyə Bəkir Quliyev bildirib.

Poliqon.az

CATEGORIES
TAGS