Türkiyə Quru Qoşunları yeni nəsil “Fırtına” ÖAQ-larla arsenalını gücləndirir

Türkiyə Quru Qoşunları yeni nəsil “Fırtına” ÖAQ-larla arsenalını gücləndirir

Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda yeni nəsil T-155 “Fırtına” (“Fırtına II) özüyeriyən artilleriya qurğusunun (ÖAQ) qəbul fəaliyyətini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Türkiyə Quru Qoşunları tərəfindən qəbul fəaliyyəti tamamlanan digər sistemlər aşağıdakılardır:

  • 122 mm-lik yaylım atəşli reaktiv sistem (YARS);
  • 40 mm-lik barabanlı qumbaraatan;
  • Kürəkdə daşınan qarışdırma sistemi.
CATEGORIES