
ASELSAN şirkəti Avropa İttifaqına (Aİ) üzv olan bir ölkəyə quru silah sistemləri tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Qeyd olunub ki, sözügedən sistemlərin tədarükü ilə bağlı tərəflər arasında 50.8 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.




