Müdafiə

Azərbaycandakı hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar – FOTO

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri noyabrın 7-də Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində olublar.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

11 ölkəni təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə və onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib. Hərbi hissədə qonaqlar şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub və məşğələ otaqlarına baş çəkiblər. Silahlanmada olan döyüş vasitələri ilə tanış olan qonaqlar şəxsi heyətin məşqlərini izləyiblər.

Hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

hdq14

hdq15

hdq16

hdq18

hdq19

hdq20

Back to top button