ABŞ AIM-120C-8 raketlərinin İtaliyaya satışını təsdiqləyib

ABŞ AIM-120C-8 raketlərinin İtaliyaya satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 69.3 milyon dollar dəyərindəki AIM-120C-8 AMRAAM raketlərinin İtaliyaya satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 24 ədəd AIM-120C-8 raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı rolunda ABŞ-ın “RTX Corporation” şirkəti çıxış edəcək.

Qeyd olunub ki, “hava-hava” tipli AMRAAM raketləri İtaliyanın cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq.

CATEGORIES
TAGS