ABŞ AMRAAM raketlərinin Almaniyaya satışını təsdiqləyib
ABŞ hökuməti Almaniyaya 2.9 milyard dollar dəyərində AIM-120C-8 AMRAAM raketlərinin satışını təsdiqləyib.
Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.
Bildirilib ki, sifarişə 969 ədəd AIM-120C-8 AMRAAM raketinin və digər avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifariş ilə bağlı baş podratçı rolunda ABŞ-ın “Raytheon Missiles and Defense” şirkəti çıxış edəcək.