ABŞ aylıq 80 min ədəd 155 mm-lik sursat istehsal etməyi planlaşdırır
Rusiya-Ukrayna müharibəsi başlayandan inidyə kimi ABŞ tərəfindən Ukraynaya iki milyondan çox 155 mm-lik döyüş sursatı tədarük olunub.
“Poliqon” xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi briqada generalı Patrik Rayder keçirilən brifinq zamanı deyib.
O bildirib ki, ABŞ hökuməti 155 mm-lik döyüş sursatı istehsalında sürətli artıma imkan verib: “2022-ci fevralında ABŞ-da 155 mm-lik sursat istehsalı aylıq 14 min idi, hazırda isə bu rəqəm təxminən 24 minə qədər yüksəlib. Növbəti il ərzində ayda 80 mindən çox olmasını planlaşdırırıq”.
TAGS Manşet