ABŞ B-2 bombardmançı təyyarələrini modernləşdirir

ABŞ B-2 bombardmançı təyyarələrini modernləşdirir

“Northrop Grumman” şirkəti ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) B-2 bombardmançı təyyarələrini modernləşdirəcək.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bombardmançı təyyarələrin modernləşdirilməsi ilə bağlı Pentaqon və  “Northrop Grumman” arasında maksimum həddi 7 milyard ABŞ dolları olan müqavilə imzalanıb.

Müqaviləyə modernləşdirmədən əlavə, B-2 bombardmaçılarına xidmət dövrü boyunca davamlı qulluq, logistika, təmir və proqram təminatına texniki dəstəyin göstərilməsi daxildir.

CATEGORIES