ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS hərbi ittifaqı yaradıblar

ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS hərbi ittifaqı yaradıblar

ABŞ, Böyük Britaniya və Avstraliya öz maraqlarını qorumaq üçün birləşərək – AUKUS (AUstralia, United Kingdom, United States) hərbi ittifaqı yaradıblar.

“Poliqon” xəbər verir ki, BBC xəbər agentliyi üç dövlətin tarixi bir təhlükəsizlik paktı imzaladığını bildirib.

İttifaq rəsmi olaraq Hind-Sakit okean bölgəsində ümumi maraqları müdafiə etmək və qorumaq üçün yaradılıb.

AUKUS paktı, süni intellektə, kvant texnologiyalarına və hesablama texnologiyasına əsaslanan avtonom silah sistemləri də daxil olmaqla müdafiə texnologiyalarının yaradılmasında əməkdaşlığı təmin edir.

Bu barədə Avstraliyanın Baş naziri Skott Morrison, Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Baydenin birgə bəyanatında deyilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS