ABŞ Böyük Britaniyadan amfibiya döyüş maşınları alacaq

ABŞ Böyük Britaniyadan amfibiya döyüş maşınları alacaq

ABŞ-ın Dəniz Piyadaları və Böyük Britaniyanın “BAE Systems” şirkətəti arasında ACV-30 amfibiya döyüş maşınlarının alınması ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə “BAE Systems” şirkəti məlumat yayıb.

Dəyəri 88 milyon ABŞ dolları olan müqaviləyə əsasən, əvvəlcə sınaqlarının keçirilməsi üçün Dəniz Piyadalırana şirkət 30 ədəd amfibiya döyüş maşını tadarük edəcək. Sınaqlardan sonra ABŞ və şirkət arasında daha iri həcmli müqavilənin imzalanması nəzərdə tutulub.

8×8 təkər platformasına sahib olan ACV-30, Norveçin “Kongsberg Defence and Aerospace” şirkəti tərəfindən istehsal edilən 30 mm-lik RT-20 uzaqdan idarəolunan döyüş modulu ilə silahlandırılıb.

Nəqliyyat vasitəsi 35 ton ağırlığa, 16 personal (3-ü ekipaj üzvü) daşımaq imkanına, yolda 105 km\saat, dənizdə isə 6+ knot sürətlə üzmək qabiliyyətinə malikdir.

Poliqon.az

CATEGORIES
TAGS