Aerospace
ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatında hərbi helikopter qəzaya uğrayıb.
“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, baş vermiş qəza nəticəsində helikopterdə olan iki heyət üzvü həlak olub.
AH-64 “Apache” helikopterinin təlim uçuşu həyata keçirdiyi bildirilir.
Qəzanın baş vermə səbəbləri araşdırılır.



