Xəbərlər

ABŞ-da təkmilləşdirilmiş “MQ-4C Triton” PUA-nın sınaqları keçirilib

ABŞ Hərbi Dəniz Qüvvələri yeni təkmilləşdirilmiş avadanlıq və proqram təminatı ilə təchiz edilən MQ-4C “Triton” kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatının (PUA) ilk sınaq uçuşunu həyata keçirib.

“Poliqon” xəbər verir ki, NAS (Naval Air Station) Patuxent River Dəniz Hava Stansiyasında keçirlən sınaq uçuşunda, MQ-4C “Triton” pilotsuz uçan aparatı “Integrated Functional Capability-4” çoxfunksiyalı sensor qabiliyyətini təsdiqləyib.

“Northrop Grumman” şirkəti tərəfindən istehsal edilən MQ-4C “Triton” PUA yüksək hündürlükdə və uzaq məsafəyə (high altitude, long endurance/HALE) uça bilən kəşfiyyat-müşahidə PUA sinfinə aid edilir. PUA geniş okean və sahil bölgələri haqqında real vaxtda kəşfiyyat məlumatı verə, davamlı izləmə apara, axtarış-xilasetmə işlərini yerinə yetirə biləcək. Üzərində quraşdırılmış məlumat toplama sistemləri gəmilərin növü, yeri, sürəti və hərəkət istiqaməti haqqında məlumat əldə etməyə imkan verəcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button