
ABŞ-da yeni yaradılan “Longbow Hellfire” raketin ilk sınağı keçirilib.
“AzeriDefence”nin “Jane’s”ə istinadən verdiyi məlumatına görə, sınaq “LCS 7 Detroit” gəmisi üzərindən həyata keçirilib.
Kiçik ölçülü idarə olunan “AGM-114L-8A Longbow Hellfire” raketi “Surface to Surface Missile Module” (SSMM) qübbəsi üzərindən start götürüb.
Raket “Increment” versiyasının 3-cü etap texnologiyası hesab olunur.
Silahın geniş miqyaslı təlimlərinə bu ilin sonlarında start veriləcək.
Məlumatda bildirilib ki, “Longbow Hellfire” raketinin uzunluğu 1,76 metr, çəkisi 49 kq, döyüş başlığının ağırlığı isə 9 kq-dır.
Raket vertikal vəziyyətdə start götürdükdə uçuş məsafəsi 9 km-dir. LCS gəmisi bu tip raketlərin 24 ədədini daşıya bilir.





