
ABŞ “Javelin” FGM-148 tank əleyhinə raket kompleksinin (TƏRK) yeni versiyasının sınaqlarına başlayıb.
“AzeriDefence”nin “janes.com”a istinadən verdiyi məlumatına görə, kompleksin yeni versiyası FGM-148F adlanır.
Kompleksin yeni versiyası döyüş çox məqsədli olması ilə digərindən fərqlənir.
“Javelin Joint Venture” (JJV) müəssisəsinin nüfuzlu “Lockheed Martin” və “Raytheon” şirkətləri ilə birgə yaratdığı FGM-148F qəlpəli mərmisi asanlıqla düşmənin canlı qüvvəsini, az zirehli hədəflərini məhv edir, müdafiə qurğusunu dağıdır.
Bundan başqa silah tank və güclü zireh qatı olan hədəfləri də sıradan çıxarda bilir.
Məlumatda o da qeyd olunub ki, ötən il FGM-148F kompleksinin yaradılması işləri silahda yaranmış bəzi problemlər səbəbindən dayandırılmışdı. Sınaqlar bitdikdən sonra kompleksin silahlanmaya veriləcəyi nəzərdə tutulub.




