Xəbərlər

ABŞ Hərbi Hava Qüvvələri doktrinasını yeniləyib

ABŞ Hərbi Hava Qüvvələri (HHQ), gələcəkdə düşmənin təkmilləşdirilmiş radioelektron mübarizə vasitələrinin daimi tətbiqi şəraitində fəaliyyət göstərməli olduqları mürəkkəb və dinamik bir döyüş meydanı ilə qarşılaşa biləcəkləri üçün baza doktrinasını kökündən dəyişdirib.

“Poliqon” xəbər verir ki, keçən həftə ABŞ HHQ “xidmət tarixindəki baza doktrinasında ən radikal dəyişiklik” adlandırdıqları Doktrina-1 (Air Force Doctrine Publication-1) sənədini nəşr edib.

“Sənəd, tapşırığın idarə edilməsi konsepsiyasını mürəkkəb qeyri-müəyyənlik və sürətli dəyişiklik şəraitində işləyərkən komandirin niyyətlərini rəhbər tutaraq onun icrası fəlsəfəsinə qayıtmaq kimi təyin edir”, – deyə ABŞ HHQ-nin açıqlamasında bildirilir.

Məsələn, ABŞ HHQ-nin Qərargah rəisi dörd ulduzlu general Çarles Quinton Broun (Charles Quinton Brown Jr.) komandirlərin qərar qəbuletmə prosesini “ən aşağı komponent və imkan səviyyəsinə” çatdırmalarını istəyir.

General Ç.Brounun fikrinə görə pilotlara hərəkət azadlığı verilməli və onlar riayət edilməli olan qaydalarla həddindən artıq yüklənməməlidirlər. Eyni zamanda, pilotlar komandirin müəyyən bir tapşırıqla bağlı niyyətlərinə əməl etməlidirlər. “Pilotlar bu səlahiyyətə sahib olduqdan sonra düşünmədiyimiz şeyləri edə biləcəklər”, deyə general bildirib.

Buradan ABŞ HHQ-nin, ilk növbədə radioelektron mübarizə sahəsində Çin və Rusiya tərəfindən edilən təhdidlər səbəbiylə, yüksək səviyyəli komandanlığın cəbhə bölgəsində tapşırıqları yerinə yetirən pilotlarla əlaqəsinin qismən və ya tamamilə kəsiləcəyi ssenarilərə hazırlaşdığı da görünür.

O da məlumdur ki, xidmət mərkəzləşdirilmiş komandanlığı saxlamaq istəyir, lakin bəzi hallarda qüvvələrin idarəçiliyinin və mərkəzləşdirilməmiş icranın paylanması üçün “elastiklik” də istəyir.

Bu zaman, qüvvələrin bölüşdürülmüş idarəçiliyi əməliyyat mühitindəki dəyişikliklərə dərhal reaksiya verməyə və ən kiçik fürsətlərdən belə istifadə etməyə imkan verir.

Eləcə də, yeni sənəd də komandirlərin planlarını pilotlara izah etmək üçün ABŞ HHQ Komandanlığı “əməliyyatın necə həyata keçiriləcəyini deyil, məqsədini vurğulayan” plan-tapşırıq tipli əmrlərdən istifadə etməyi planlaşdırır.

Bununla birlikdə, bəzi vəzifələr – məsələn, siyasi “həssas”, təcili və gizli əməliyyatlar, kiber məkanda hücum əməliyyatları, nüvə silahının istifadəsi – komandirin taktiki effektliliyin zərərinə olan riskləri idarə etməli olduğu zaman müəyyən bir mərkəzləşdirilmiş icra tələb edə bilər.

Əhəd Əzizov

Poliqon.az

Back to top button