Xəbərlər

ABŞ HDQ-nin gəmiləri yeni nəsil raketlərlə təchiz edilir

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərini yeni nəsil qanadlı raketlərlə təchiz edir.

“Poliqon” xəbər verir ki, ABŞ HDQ Mətbuat xidməti “Raytheon” şirkəti tərəfindən “Tomahawk” raketlərinin “Block V” konfiqurasiyasında ilk partiyasını göndərildiyini açıqlayıb.

Təchiz olunan raketlər “Tomahawk Block IV” raketinin təkçilləşdirilmiş modifikasiyasıdır. Keçən ilin mart ayında ABŞ HDQ tərəfindən “Raytheon” şirkətinə sifariş verilmiş təkmilləşdirmə və təkrar sertifikatlaşdırmanın ardından “Tomahawk Block V” konfiqurasiyası “təkmilləşdirilmiş naviqasiya və rabitə” əldə edib. Yeni nəsil qanadlı raketlərin digər xüsusiyyətləri məxfi olaraq saxlanılır.

“Tomahawk” raketləri 1983-cü ildə Amerika ordusunun silahlanmasına qəbul edilib və bir neçə dəfə təkmilləşdirilib. Gəmi versiyasından başqa, müxtəlif növ döyüş başlıqlarını daşıya bilən sualtı, quru və hava bazalanmalı “Tomahawk”lar da var.

Açıq mənbələrin məlumatına əsasən, bir raketin dəyəri təqribən 1,5 milyon ABŞ dollardır. Müxtəlif mənbələrdən məlumdur ki, silahlanmaya qəbul ediləndən etibarən xidmət müddətində “Tomahawk” raketləri 2300 dəfə döyüş məqsədi ilə istifadə edilib.

ABŞ Müdafiə Nazirliyinin planlarına əsasən “Tomahawk” raketləri ən azı 2040-cı ilə qədər Amerika ordusunda silahlanmada qalacaqdır.

FB IMG 1616913970869

Əhəd Əzizov

Poliqon.az

Back to top button