HavaXəbərlər

ABŞ Hərbi Hava Qüvvələri JSM raket ehtiyatını artırır

Norveçin KONGSBERG şirkəti ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) əlavə “Joint Strike Missile” (JSM) raketlərinin tədarükü ilə bağlı müqavilə imzalayıb.

“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, müqavilənin dəyəri təxminən 100 milyon ABŞ dolları təşkil edir.

Bildirilib ki, raketlərin tədarükünün 2030-cu ilin iyun ayının sonunadək başa çatdırılması planlaşdırılır.

“Hava-səth” təyinatlı JSM qanadlı raketi su və quru səthindəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. O, 5-ci nəsil döyüş təyyarəsi olan F-35A-nın daxili silah bölməsində daşına və buraxıla bilir ki, bu da qırıcının aşağı radar görünürlüyünü qorumasına imkan verir.

Bu günə qədər JSM raketi Avstraliya, Kanada, Almaniya, Yaponiya, Norveç və ABŞ tərəfindən seçilib.

Back to top button