Xəbərlər
ABŞ HHQ-də F-35-lər sayına görə ikinci yerdə qərarlaşıb

ABŞ Hərbi Hava Qüvvələrinin inventarında yer alan F-35 döyüş təyyarəsinin sayı F-15 “Eagle” və A-10 “Thunderbolt II”ləri ötüb.
Bu barədə “Poliqon” “Tolgaozbek.com”a istinadən xəbər verib.
Hazırda ABŞ HHQ-də sayına görə ilk yerdə 934 ədədlə F-16 C və D modeli, ikinci yerdə isə 283 ədədlə 5-ci nəsil döyüş təyyarəsi olan F-35 yer alır.
Qeyd edək ki, ABŞ HHQ-nin aviasiya parkına 186 ədəd F-22 “Raptor”, 281 ədəd A-10, 241 ədəd F-15 “Eagle” C/D və 218 ədəd F-15E “Strike Eagle” döyüş təyyarəsi daxildir.




